Haqqımızda

Universitetin ictimai-mədəni həyatında fəal iştirak edən qurumlardan biri olan Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 1962-ci ildən fəaliyyət göstərir. Tələbə Həmkarlar İttifaqı Komitəsi fəaliyyətə başladığı gündən böyük bir inkişaf yolu keçmişdir. Hal-hazırda SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində Elmin Novruzlu çalışır.
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (SDU THİK) universitetdə təhsil alan tələbələrin sosial-iqtisadi hüquq və mənafelərinin qorunması, rifahının yüksəldilməsi, eləcə də onların ictimai, mədəni və elmi həyatının fəallaşdırılması məqsədilə fəaliyyət göstərən əsas tələbə təşkilatlarından biridir. Komitə öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi, Həmkarlar İttifaqları Konfederasiyasının nizamnaməsi və universitetin daxili qaydaları əsasında həyata keçirir.
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin sosial rifahının yüksəldilməsi, hüquqlarının qorunması və universitet həyatında fəal iştirakının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. SDU THİK gələcək dövrdə də tələbə mərkəzli yanaşmanı əsas tutaraq fəaliyyətini daha da genişləndirməyi qarşısına məqsəd qoyur.
Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi respublikanın əksər ali təhsil müəssisələrinin Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə ardıcıl sıx əlaqələr saxlayır və bir təşkilat kimi son dövrlərdə uğurlara imza atmaqda davam edir.

İttifaqın struktur genişliyi və üzv sayı
Son illərdə təşkilatın işində əsaslı dönüş yaranmış, tələbələr arasında üzvlərin sayı 5897 nəfərə, fəal üzvlərin sayı isə 2172 nəfərə çatmışdır.
SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti aşağıdakı əsas istiqamətlər üzrə sistemli və məqsədyönlü şəkildə həyata keçirilir:


