“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.

ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.

Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.

Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.

Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.

Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.

Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.

Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.

Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.

Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.

Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.

Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.

Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.

Yarışlar avqustun 30-dək davam edəcək.

Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kitabxana İnformasiya Mərkəzində gənc yazar Aynur İsmayılın “General Kızı” romanının təqdimat mərasimi keçirilib.

Tədbiri mərkəzin direktoru Leyla Allahverdiyeva açaraq müəllif və onun yaradıcılığı haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, “General Kızı” romanı gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, birlik və bərabərlik dəyərlərinin aşılanmasına, həmçinin ailə bağlarının möhkəmləndirilməsinə xidmət edən dəyərli əsərlərdən biridir. Sonra müəllif Aynur İsmayıl çıxış edərək romanın türk dilində yazıldığını bildirib və əsər barədə tələbələrə geniş məlumat verib. Qeyd olunub ki, kitabda İkinci Qarabağ müharibəsi dövründə xalqın vətənə bağlılığı, qəhrəmanlıq ruhu və milli həmrəylik mövzularına xüsusi yer ayrılıb. Tədbirin sonunda tələbələri maraqlandıran suallar müəllif tərəfindən cavablandırılıb, kitablar imzalanaraq iştirakçılara təqdim olunub.

Sumqayıt Dövlət Universitetində (SDU) universitet və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Karyera Körpüsü: Diplomdan peşəkarlığa ilk addım” adlı Karyera Sərgisi və Əmək Yarmarkası keçirilib.

Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kitabxana İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə yazıçı Dilşad Talıbova ilə görüş təşkil olunub.

News Image

Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kitabxana İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə yazıçı Dilşad Talıbova ilə görüş təşkil olunub.

Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kitabxana İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə yazıçı Dilşad Talıbova ilə görüş təşkil olunub. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Leyla Allahverdiyeva belə görüşlərin tələbələrin mütaliə vərdişlərinin formalaşmasında, onların estetik dünyagörüşünün zənginləşməsində və müasir Azərbaycan ədəbiyyatına marağının artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, yazıçı Dilşad Talıbovanın yaradıcılıq fəaliyyətindən bəhs edərək əsərlərində insan duyğularının, həyat hadisələrinin və mənəvi dəyərlərin yüksək bədii dillə əks olunduğunu bildirib. Ədəbiyyatın cəmiyyətin mənəvi inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayan direktor gəncləri mütaliəyə daha çox vaxt ayırmağa, bədii ədəbiyyat vasitəsilə dünyagörüşlərini inkişaf etdirməyə çağırıb. Yazıçı Dilşad Talıbova səmimi görüşə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və yaradıcılıq fəaliyyətinə qısa nəzər salıb. Görüş zamanı tələbələr yazıçının əsərləri, obrazları və yaradıcılıq prosesi ilə bağlı suallar ünvanlayıb, oxuduqları kitablar haqqında fikirlərini bölüşüblər. Səmimi müzakirələr şəraitində keçən tədbirdə müəllif gənclərlə ədəbi düşüncələrini paylaşaraq onların suallarını cavablandırıb. Sonda Dilşad Talıbova gələcək yaradıcılıq planlarından danışıb, tələbələr üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib.

Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixoloji xidmət və Qüsursuz Nitq Mərkəzinin birgə təşkilatçılığı ilə “İmtahan stresinin idarə olunması” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimi universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq imtahan dövründə tələbələrə psixoloji dəstəyin vacibliyini vurğulayıb, belə təlimlərin onların şəxsi inkişafına müsbət təsir göstərdiyini bildirib.

Sonra təlimçi, klinik psixoloq və psixoterapevt Rüfət Xəlilzadə çıxış edərək tələbələrə imtahan dövründə yaranan psixoloji gərginliyin səbəbləri, stresin insan davranışına və akademik nəticələrə təsiri, həyəcanın düzgün idarə olunması üsulları barədə məlumat verib. Təlim zamanı diqqətin cəmlənməsi, motivasiyanın qorunması, özünəinamın artırılması, vaxtın düzgün planlaşdırılması və imtahan öncəsi emosional hazırlıq kimi vacib məqamlara toxunulub. İnteraktiv formatda təşkil olunan təlimdə tələbələrin sualları cavablandırılıb.

SDU-da iməclik keçirilib

News Image

SDU-da iməclik keçirilib

Mayın 15-də Sumqayıt Dövlət Universitetinin (SDU) kampusunda iməclik keçirilib.

İməclikdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, inzibati heyətin üzvləri və tələbələr iştirak ediblər. Kampus ərazisində həyata keçirilən tədbir çərçivəsində ağaclara qulluq olunub, yaşıllıq sahələrində abadlıq işləri aparılıb, ərazidə təmizlik işləri görülüb.

İştirakçılar tərəfindən ağacların dibi yumşaldılıb, kampusun ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.

Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında bir araya gələrək səmimi fikir mübadiləsi aparıblar.

Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər

News Image

Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər

SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvlərinə media hesabatı

Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər uğurla yekunlaşıb.

Sumqayıt Dövlət Universitetində Bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

News Image

Sumqayıt Dövlət Universitetində Bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Artıq 21 ildir təşkil olunan bu layihənin əsas məqsədi gənclərə milli vətənpərvərlik ruhunun aşılanması, onların mədəniyyətimizə, incəsənətimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunması, bədii-estetik zövqlərinin formalaşdırılmasıdır. Eyni zamanda layihə incəsənətin müxtəlif sahələri üzrə istedadlı gənclərin üzə çıxarılmasına və onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək göstərir. Aprelin 2-də Sumqayıt Dövlət Universitetində (SDU) keçirilən baxış-müsabiqəsi universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Bədii yaradıcılıq sektorunun birgə təşkilatçılığı ilə baş tutub. Müsabiqə çərçivəsində tələbələrin səsləndirdiyi şeirlər, ifa etdikləri yerli və xarici musiqi nömrələri, eləcə də təqdim etdikləri rəqs kompozisiyaları münsiflər heyəti tərəfindən izlənilib. Müsabiqənin münsiflər heyətində xalq artistləri Samir Cəfərov, Gülyanaq Məmmədova, Təranə Muradova, Əməkdar artist Rəşad Haşımov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu təmsil olunublar. Münsiflər iştirakçıların çıxışlarını yüksək qiymətləndirərək onların yaradıcılıq potensialını xüsusi qeyd ediblər. Tədbir tələbələrin fəallığı və maraqlı çıxışları ilə yadda qalıb.

Qeyd edək ki, festivalın qaliblərinin iştirakı ilə yekun konsert proqramı may ayında keçiriləcək. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Aprel döyüşləri qəhrəmanlıq və şərəf tariximizdir. Şəhidlərimizi dərin ehtiramla anırıq

News Image

Aprel döyüşləri qəhrəmanlıq və şərəf tariximizdir. Şəhidlərimizi dərin ehtiramla anırıq

Aprel döyüşləri qəhrəmanlıq və şərəf tariximizdir. Şəhidlərimizi dərin ehtiramla anırıq.

Sumqayıt Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə möhtəşəm Novruz bayramı qeyd olunub

News Image

Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə möhtəşəm Novruz bayramı qeyd olunub

Martın 16-da Sumqayıt Dövlət Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbiri rektor vəzifəsini icra edən Əminağa Sadıqov açaraq müəllim və tələbələri bayram münasibətilə təbrik edib, Novruzun milli birlik və dəyərlərin qorunmasında əhəmiyyətini vurğulayıb.

O, universitetin son illərdə əldə etdiyi uğurlardan, xüsusilə beynəlxalq əlaqələrin genişlənməsi və tələbə sayının artmasından bəhs edib, bu nailiyyətlərdə müəllim və tələbələrin rolunu qeyd edib.

Tədbir bədii proqram və konsertlə davam edib. “Səma” rəqs qrupunun çıxışı, milli səhnəciklər, Kosa-Keçəl obrazları və saz ifaları təqdim olunub. Konsert proqramında Mirzə Bağırov, Hicran Əhmədova və Roza Kərimli çıxış ediblər.

Bayram proqramı iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib.