“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Sədr

Sədr

Novruzlu Elmin Əliyar oğlu

Doğum tarixi

2001: anadan olmuşdur.


Təhsil

2008-2019: Biləsuvar rayonu Vüqar Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində orta təhsilini bitirmişdir.

2019-2023: Sumqayıt Dövlət Universiteti Tarix və coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisası üzrə bakalvr təhsili almışdır.

2023-2025: Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə magistr təhsili almışdır.

2025-2029: Rusiya Federasiyası Dünya İqtisadiyyatı İnstitutunda “Menecment” ixtisası üzrə doktorantura təhsili alır.


Elmi fəaliyyətində multidisiplinar yanaşmanı əsas götürən tədqiqatçı kimi formalaşmışdır. Onun elmi maraq dairəsi əsasən ekoloji mühəndislik, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli idarə olunması, davamlı inkişaf, eləcə də idarəetmə və menecment sahələrini əhatə edir. Magistratura təhsili dövründə ekoloji proseslərin təhlili, sənaye fəaliyyətinin ətraf mühitə təsirləri və bu təsirlərin azaldılması mexanizmləri üzrə tədqiqatlar aparmışdır.

Elmi araşdırmalarının nəticələri yerli elmi nəşrlərdə məqalələr şəklində dərc olunmuş, respublika və beynəlxalq səviyyəli elmi konfrans, forum və seminarlarında təqdim edilmişdir. Elmi tədbirlərdə iştirakı ona akademik müzakirələrdə fəal mövqe tutmaq, yeni elmi yanaşmalarla tanış olmaq və tədqiqat nəticələrini mütəxəssislərlə bölüşmək imkanı yaratmışdır.

Doktorantura təhsili çərçivəsində menecment sahəsində elmi-tədqiqat fəaliyyətini davam etdirir. Tədqiqatlarında idarəetmədə müasir metodlar, strateji planlaşdırma, insan resurslarının idarə olunması və təşkilati inkişaf məsələlərinə xüsusi diqqət yetirir. Elmi fəaliyyətinin əsas məqsədi nəzəri biliklərin praktiki tətbiq imkanlarının araşdırılması və elmi nəticələrin real idarəetmə proseslərində istifadəsinə töhfə verməkdir.

Elmi fəaliyyəti ilə yanaşı, əldə etdiyi bilik və təcrübəni tədris prosesində tətbiq edərək tələbələrin elmi dünyagörüşünün formalaşmasına töhfə verir.

Karyera

2021: Sumqayıt Dövlət Universitetinin Enactus komandasının kapitanı olmuşdur.

2022-2023: Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır.

2023: Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Fəxri Məzun” adına layiq görülmüşdür.

2023-cü il 05 sentyabrından Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.

2024: Belarusun Minsk şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunda “TEMP2024” Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini təmsil etmişdir.

2025-ci ilin sentyabr ayından etibarən Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində müəllim kimi də fəaliyyət göstərir.


Xarici dillər

Rus dili

İngilis dili

Türk dili